İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Agah Group”un rəhbər şəxsləri Həmid Fərəməzov və Gündüz Nəzərov, “Forunder Club”un direktoru Ruslan Dəmirov, “AFN Sports & Development” şirkətinin direktoru Sərdar Salmanzadə və digər iş adamları ilə görüş keçirib.
Görüş zamanı “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı haqqında ətraflı məlumat təqdim olunub. Tərəflər yerli və qlobal innovasiya ekosistemlərində mövcud imkanlar, sahibkarlığın inkişafı, innovativ təşəbbüslərin təşviqi və özəl sektorun bu proseslərə verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı startap ekosisteminin gücləndirilməsi, innovativ layihələrin dəstəklənməsi, investorlar, sahibkarlar və biznes subyektləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində perspektivlər nəzərdən keçirilib. Eyni zamanda, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və beynəlxalq platformalarda tərəfdaşlıq imkanları da müzakirə olunub.
Görüş çərçivəsində ölkədə sahibkarlıq, innovasiya və investisiya mühitinin inkişafına töhfə verəcək təşəbbüslər, xüsusilə "TEI Forum 2026" çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər gələcək əməkdaşlığın inkişaf etdirilməsi və davamlı əlaqələrin qurulması istiqamətində qarşılıqlı maraqlarını ifadə ediblər.
Registration has ended on 08.08.2025 at 00:00 (Baku time).
We wish success to all projects in the first selection!